Sipark İnşaat şirkətinin sözçüsü: "Biz sakinlərin rahatlığını, məmnuniyyətini düşünürük"

Sipark İnşaat şirkətinin sözçüsü: "Biz sakinlərin rahatlığını, məmnuniyyətini düşünürük"
Sosial müdafiə
3 Aprel , 2019 15:45
Sipark İnşaat şirkətinin sözçüsü: Biz sakinlərin rahatlığını, məmnuniyyətini düşünürük

“Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli qərarı ilə Bakı şəhərinin bir neçə rayonunda “Pilot layihə” həyata keçirilməyə başladı. Sözügedən layihənin həyata keçirilməsinin əsas məqsədi müvafiq rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından ibarətdir. Bu cür layihələri həyata keçirən şirkətlərdən biri də Sipark İnşaat tikinti şirkətidir. Layihələrdəki son işlərlə bağlı şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İradə Nurəddinqızı məlumat verərək bildirib ki, Sipark Pilot layihələrin uğurla davam etməsi üçün bütün bacarıq və səylərini səfərbər edərək böyük peşəkar komanda ilə çalışır: “Qeyd edim ki, 2004-cü ildən fəaliyyətə başlayan Sipark İnşaat 15 illik fəaliyyəti dövründə 10-a yaxın yaşayış kompleksini inşa edib. Həyata keçirdiyimiz Pilot layihələrdə hazırda işlər sürətlə davam etdirilir. Həsən Əliyev, Mirəli Qaşqay, Möhsün Sənani, Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində 5 blok 16 mərtəbəli yaşayış binası 2019-cu ilin sonunda təhvil veriləcəyi nəzərdə tutulub. Təbriz - Kazım Kazımzadə - Firdovsi Məmmədov küçələrinin kəsişməsindəki 6 blok, 16 mərtəbəli kompleks isə 2020-ci ilin sonunda sakinlərin ixtiyarında olacaq”.

Şirkət nümayəndəsi onu da bildirib ki, layihələrdə sakinlərin yüksək səviyyədə yaşaması üçün bütün şəraitlər nəzərdə tutulub: “Şəhərimizə bəxş edəcəyimiz mükəmməl dizaynla yanaşı, tkintidə istifadə olunan bütün materialların keyfiyyətinə üstünlük veririk. Buna görə də əminliklə deyə bilərik ki, tikililər 9 bal gücündə zəlzələyə davamlıdır. Bundan əlavə kompleksin ərazisində uşaq bağçası, fitnes və SPA mərkəzi, gözəllik salonu, mağazalar, ikimərtəbəli yeraltı qaraj, uşaqlar üçün meydançalar və istirahət zonaları da nəzərdə tutulub. Binanın hər bir girişində Avropa standartlarına cavab verən müasir, sürətli və səssiz işləyən 2 ədəd lift quraşdırılacaq. Sakinlərin təhlükəsizliyi bizim üçün əhəmiyyətli məsələlərdən biridir. Buna görə də həyətyanı sahə, parkinq və ümumi binanın təhlükəsizliyi müşahidə kameraları ilə təmin ediləcək”.

Kirayə evlərə köçürülən sakinlər barədə də danışan şirkət nümayəndəsi qeyd edib ki, ailələr yaşadıqları mənzillərin kvadratmetrinə uyğun 300-600 manat arası kirayə haqqı alırlar: “Biz sakinlərin rahatlığını, məmnuniyyətini düşünürük. Bu istiqamətdə də əlimizdən gələni edirik. Yaşayış binalarının təhlükəsizliyinin, ekoloji-sağlam mühit formalaşdırmasının, orada məskunlaşacaq sakinlərin həyat şəraitinin ən yüksək tələblərə cavab verməsinin təmin olunması üçün çalışırıq”.

Son xəbərlər

Orphus sistemi