Sığınacaqlarda olan şəxslərin sayı açıqlanıb

Sığınacaqlarda olan şəxslərin sayı açıqlanıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində hazırda 39 nəfəri kişi, 11 nəfəri qadın olmaqla 50 şəxsə xidmət göstərilir
Sosial müdafiə
9 Yanvar , 2023 12:54
Sığınacaqlarda olan şəxslərin sayı açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində hazırda 39 nəfəri kişi, 11 nəfəri qadın olmaqla 50 şəxsə xidmət göstərilir.

Agentlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, müəssisənin ”Çətin həyat şəraitində olan 18 yaşdan yuxarı müəyyən yaşayış yeri olmayan şəxslərin sosial reabilitasiya şöbə”sinə bu ilin əvvəlindən bu günədək 4 nəfər müraciət edib.

Qeyd olunub ki, müəssisənin baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası şöbəsində isə hazırda 26 uşaq dövlət qayğısı ilə əhatə olunur. Müəssisəyə qəbul olunanlar 180 gün ərzində xidmətlərlə təmin olunurlar və bu müddətdə də sosial-məişət, sosial-hüquqi xidmətlərlə yanaşı, günlük olaraq qida normaları əsasında 3(üç) dəfə yemək, 2 (iki) dəfə qəlyanaltı, yaşayış yeri və geyimlə təmin edilirlər.

Son xəbərlər

Orphus sistemi