Səyyar "ASAN xidmət" Xırdalana gedib

Səyyar "ASAN xidmət" Xırdalana gedib Abşeron rayonunun ümumi sayı 200 mindən çox olan sakini bu xidmətdən yararlana bilər
Sosial müdafiə
262
23 Yanvar , 2015 16:14
Səyyar ASAN xidmət Xırdalana gedib

Bakı. 23 yanvar. REPORT.AZ/ Bu gündən etibarən fevralın 6-na kimi Abşeron rayonunun ümumi sayı 200 mindən çox olan sakini Səyyar "ASAN xidmət"dən yararlana biləcək. "Report" xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin yaydığı məlumatda bildirilir.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Qeyd edək ki, Səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Son xəbərlər

Orphus sistemi