Səyyar “ASAN xidmət” Samuxda vətəndaşlara xidmət göstərəcək

Səyyar “ASAN xidmət” Samuxda vətəndaşlara xidmət göstərəcək Xidmətləri Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir
Sosial müdafiə
13 Dekabr , 2016 12:52
Səyyar “ASAN xidmət” Samuxda vətəndaşlara xidmət göstərəcək

Bakı. 13 dekabr. REPORT.AZ/ Səyyar “ASAN xidmət” dekabrın 13-dən 27-dək Samux şəhərində vətəndaşlara xidmət göstərəcək.

Bu barədə “Report"a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Bundan başqa, Səyyar "ASAN xidmət" avtobusları 14 noyabr - 13 dekabrda Astarada, 29 noyabr - 28 dekabrda Qubada, 2 - 16 dekabrda Saatlıda, 5 - 19 dekabrda  Siyəzəndə, 5 - 24 dekabrda Tovuzda, 5 - 14 dekabrda Qaradağ rayonunun Ələt qəsəbəsində, 9 - 28 dekabrda Ağcabədidə, 12 - 15 dekabrda Cəlilabadda, 12 - 26 dekabrda Qobustanda vətəndaşların xidmətində olacaq.

Səyyar şəkildə göstərilən xidmətləri Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Qeyd edək ki, Səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Son xəbərlər

Orphus sistemi