Səyyar "ASAN xidmət" Qaradağda şagirdlərə şəxsiyyət vəsiqələrinin verilməsinə başlayıb

Səyyar "ASAN xidmət" Qaradağda şagirdlərə şəxsiyyət vəsiqələrinin verilməsinə başlayıb Sabahdan etibarən Maştağa qəsəbəsində 17 məktəbin şagirdlərinə şəxsiyyət vəsiqələrinin verilməsi planlaşdırılır
Sosial müdafiə
14 Mart , 2016 20:34
Səyyar ASAN xidmət Qaradağda şagirdlərə şəxsiyyət vəsiqələrinin verilməsinə başlayıb

Bakı. 14 mart. REPORT.AZ/ Bu gündən etibarən Səyyar "ASAN xidmət" Bakı şəhəri Qaradağ rayonunda 106 saylı orta məktəbdə şagirdlərə şəxsiyyət vəsiqələrinin verilməsinə başlayıb. 

Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Sabahdan etibarən isə səyyar avtobus vasitəsilə Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 293 saylı orta məktəbin qarşısında 17 ümumtəhsil məktəbində təhsil alan şagirdlərə şəxsiyyət vəsiqələrinin verilməsi planlaşdırılır.

Aksiyanın məqsədi şagirdlərin “ASAN xidmət” mərkəzinə gəlmədən, vaxt itkisi olmadan şəxsiyyət vəsiqəsi almasını təmin etməkdir.

Qeyd edək ki, aksiya çərçivəsində artıq 3000-dən çox məktəbliyə şəxsiyyət vəsiqəsi verilib və bu aksiya Bakı şəhərində yerləşən bütün məktəbləri əhatə edənə qədər davam edəcək.

Son xəbərlər

Orphus sistemi