Səyyar "ASAN xidmət" iki şəhər, bir qəsəbədə vətəndaşlara xidmət göstərəcək

Səyyar "ASAN xidmət" iki şəhər, bir qəsəbədə vətəndaşlara xidmət göstərəcək Xidmətləri Ədliyyə və Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir
Sosial müdafiə
23 May , 2016 13:54
Səyyar ASAN xidmət iki şəhər, bir qəsəbədə vətəndaşlara xidmət göstərəcək

Bakı. 23 may. REPORT.AZ/ Səyyar "ASAN xidmət" mayın 23-dən iyun ayının 1-dək Xəzər rayonunun Buzovna qəsəbəsində, may ayının 23-dən iyun ayının 21-dək Şamaxı şəhərində, mayın 24-dən iyunun 7-dək Qazax şəhərində sakinlərə səyyar formada xidmət göstərəcək.

Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Səyyar şəkildə göstərilən xidmətləri Ədliyyə və Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Son xəbərlər

Orphus sistemi