Yuxarı
    Bağlamaq

    "Səyyar ASAN xidmət" avtobuslarının hərəkət trayektoriyasını real vaxt rejimində öyrənmək mümkün olacaq

    Vətəndaşlar Səyyar ASAN xidmətin xidmət göstərdiyi məntəqələr haqqında məlumat ala biləcəklər

    Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycan vətəndaşları GoMap.az (www.gomap.az) saytında "Səyyar ASAN xidmət" bölməsinə daxil olmaqla rəqəmsal xəritə vasitəsilə real vaxt rejimində səyyar avtobusların hərəkət trayektoriyası, xidmət göstərdiyi məntəqələr haqqında məlumat ala biləcəklər. Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

    Həmçinin bu məlumatı "ASAN xidmət"in www.asan.gov.az rəsmi internet səhifəsindəki "Səyyar xidmətlər" bölməsinə daxil olmaqla da əldə etmək mümkündür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi