Bakı. 26 yanvar. REPORT.AZ/ "Səyyar "ASAN qatar" fevral ayının 1-dən vətəndaşlara xidmət göstərəcək".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov deyib.
O bildirib ki, "ASAN qatar" ilk olaraq Qazax rayonunda sakinlərə 15 gün müddətində səyyar formada xidmət göstərəcək: "Xidmətlər 4 dövlət orqanı tərəfindən təqdim olunacaq. Eyni zamanda, qatarda funksional yardımçı xidmətlər də təşkil edilib".
A.Hüseynov qeyd edib ki, Səyyar "ASAN qatar"ı gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir.