Seysmoloji Xidmət Mərkəzi işçi axtarır

Seysmoloji Xidmət Mərkəzi işçi axtarır Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) vakant vəzifəni tutmaq üçün müsabiqə elan edib.
Sosial müdafiə
118
31 Avqust , 2019 15:54
Seysmoloji Xidmət Mərkəzi işçi axtarır

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) vakant vəzifəni tutmaq üçün müsabiqə elan edib.

RSXM-dən "Report"a verilən məlumata görə, “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsi üzrə kiçik elmi işçi vəzifəsinə işçi axtarılır.

Müsabiqədə qeyd olunan ixtisas üzrə namizədlər iştirak edə bilər.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində aşağıdakı ünvana təqdim edilməlidir:

AZ1001, Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi, 25

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi

Telefon.: (012) 492-30-59, (012) 492-08-47

E-mail: ibrahimova1970@list.ru, axundova-f@inbox.ru

Orphus sistemi