Yuxarı
    Bağlamaq

    Səlim Müslümov: "Qobustanda keçmiş məhkumların cəmiyyətə adaptasiyası üçün mərkəz tikilir"

    Yaxın gələcəkdə müəssisənin açılışı olacaq

    Bakı. 16 iyun. REPORT.AZ/ “Hazırda Qobustan rayonunun mərkəzində penitensiar müəssisələrdə cəza çəkib çıxmış şəxslərin cəmiyyətə adaptasiya mərkəzi tikilir”.

    “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

    Nazir qeyd edib ki, 50 yerlik mərkəz yaxın vaxtlarda istifadəyə veriləcək. S.Müslümov bildirib ki, peşə sahibi olmaq istəyənlər həmin mərkəzə yönəldiləcək: “Kimlərin getməyə yeri yoxdursa, yaxud cəmiyyətə tam inteqrasiya ola bilmirsə, o zaman həmin şəxslər mərkəzə gedib orada iki aylıq adaptasiya kursu keçə bilərlər”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi