Səlim Müslümov İndoneziyaya gedəcək

Səlim Müslümov İndoneziyaya gedəcək Təşkilatın Bakıda yaradılması nəzərdə tutulan Əmək Mərkəzinin təsis sənədləri üzrə müzakirələrin aparılması da konfransın gündəliyindədir
Sosial müdafiə
26 Oktyabr , 2015 13:03
Səlim Müslümov İndoneziyaya gedəcək

Bakı. 26 oktyabr. REPORT.AZ/ Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İndoneziyanın Cakarta şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) əmək nazirlərinin üçüncü konfransında iştirak edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, konfrans oktyabrın 28-dən 30-dək keçiriləcək. 

Tədbirdə Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.

Konfransda təşkilata üzv ölkələrdə əmək bazarının inkişafı, işsizliyin və yoxsulluğun azaldılması, əməyin mühafizəsi, işçi qüvvəsinin keyfiyyətinin artırılması, gənclərin və qadınların məşğulluğunun dəstəklənməsi, inkluziv əmək bazarının yaradılması, qarşılıqlı təcrübə mübadilələrinin aparılması və s. məsələlər müzakirə olunacaq. Habelə tədbir iştirakçıları İƏT-ə üzv ölkələri arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcəklər. Təşkilatın Bakıda yaradılması nəzərdə tutulan Əmək Mərkəzinin təsis sənədləri üzrə müzakirələrin aparılması da konfransın gündəliyindədir.

Qeyd edək ki, İƏT-ə üzv olan ölkələrin əmək nazirlərinin 2013-cü ildə Bakıda keçirilən ikinci konfransında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edərkən Prezident İlham Əliyev Təşkilatın Bakıda Əmək Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb. Ölkə başçısı belə bir qurumun yaradılmasının təşkilata üzv dövlətlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsində önəmini vurğulayıb. Təşəbbüs konfrans iştirakçıları tərəfindən yekdilliklə dəstəklənib və bununla bağlı müvafiq işlərə başlanılıb.

Son xəbərlər

Orphus sistemi