Yuxarı

Səlim Müslümov: "Azərbaycanda sağlamlıq imkanları məhdud olan insanlar üçün bərabər imkanlar yaradılıb"

Sağlamlıq imkanları məhdud olan uşaqların sayı 100 milyon nəfərdir

Bakı. 3 dekabr. REPORT.AZ/ “BMT-nin apardığı statistikaya görə, sağlamlıq imkanları məhdud olan uşaqlar digərlərinə nisbətən 4 dəfə çox işgəncələrə məruz qalır”. "Report" xəbər verir ki, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, bu, BMT-nin "Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiyası"na bir çox ölkələrin əməl etməməsindən xəbər verir.

Nazir deyib ki, dünya üzrə əhalinin 15 faizi, təxminən 1 milyarddan çoxu sağlamlıq imkanları məhdud olan şəxslərdir: “Bu göstəricinin 80 faizi məhz inkişaf etmiş dövlətlərin payına düşür”.

S.Müslümov vurğulayıb ki, sağlamlıq imkanları məhdud olan uşaqların sayı isə 100 milyon nəfərdir.

“Azərbaycanda sağlamlıq imkanları məhdud olan insanlar üçün bərabər imkanlar yaradılıb. Buna misal olaraq, İctimai Televiziyada ayda bir dəfə yayımlanan “Gerçəkliklər” adlı veriliş bu cür insanlara həsr edilib”, -nazir əlavə edib.

S.Müslümov həmçinin qeyd edib ki, sağlamlıq imkanları məhdud olan insanlar üçün bərabər imkanlar yaradılmalıdır. “Onların cəmiyyətin bütün sahələrində tam şəkildə iştirak etməsi üçün hər cür şərait yaradılmalı, eləcə də cəmiyyətdən təcrid olunmamalı və digərlərindən fərqlənməməlidir”

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi