Səlim Müslümov 5 rayon və şəhərin sakinlərini qəbul edəcək

Səlim Müslümov 5 rayon və şəhərin sakinlərini qəbul edəcək Vətəndaşların xüsusi nəqliyyatla Yevlax rayonuna aparılıb-gətirilmələri təmin olunacaq
Sosial müdafiə
12 Dekabr , 2014 11:19
Səlim Müslümov 5 rayon və şəhərin sakinlərini qəbul edəcək
Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dekabrın 18-də nazirliyin Yevlax rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Mingəçevir, Naftalan şəhərlərinin, Goranboy və Ağdaş rayonlarının sakinlərini qəbul edəcək. "Report" xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilib. 

Vətəndaşlarnazirliyin elektron poçt ünvanı və telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Mingəçevir, Naftalan şəhərlərindən, Goranboy və Ağdaş rayonlarından qəbula yazılan vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılan nəqliyyatla Yevlax rayonuna aparılıb-gətirilmələri təmin olunacaq.

 Qeyd edək ki, qəbul saat 10:00-da başlayır.

Son xəbərlər

Orphus sistemi