Şəhidin həyat yoldaşı: “Sağollaşanda dedi yenə zəng vuracam, amma zəng gəlmədi”

Şəhidin həyat yoldaşı: “Sağollaşanda dedi yenə zəng vuracam, amma zəng gəlmədi” “Sağollaşanda dedi ki, yenə zəng vuracam. Amma zəng gəlmədi”
Sosial müdafiə
13 Oktyabr , 2022 16:38
Şəhidin həyat yoldaşı: “Sağollaşanda dedi yenə zəng vuracam, amma zəng gəlmədi”

“Sağollaşanda dedi ki, yenə zəng vuracam. Amma zəng gəlmədi”

Bunu “Report”a açıqlamasında şəhid Elyarbəy Məmmədovun həyat yoldaşı Anaxanım Məmmədova deyib.

Onun sözlərinə görə, Elyarbəy Beyqalı oğlu Məmmədov 2016-cı ilin aprel döyüşlərindən sonra müraciət edərək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyətə başlayıb. Murovdağ istiqamətində xidmət keçib:

“Yurd, millət sevgisi ilə böyüyən Elyarbəy Vətənə olan borcunu hərbçi kimi çalışmaqla ödəmək istəyirdi. Cəsurluğu ilə seçilən gənc bu arzusuna çatır. İllərdir tarixi yurdlarımıza göz dikən düşmənin qarşısında bir an belə gözünü qırpmır”, - o bildirib.

Şəhidimizin Elxan, Mədinə, Yunis və Fatimə adında 4 övladı yadigar qalıb. Həyat yoldaşı deyir ki, E.Məmmədovun ailəsi ilə bağlı ən böyük arzusu uşaqlarını ali təhsilli görmək idi:

“Deyirdi uşaqlar oxumalıdırlar ki, öz gələcəklərini yaxşı qura bilsinlər. Şəhid olan günü zəng vurdu, danışdıq. Hamını soruşdu, tapşırdı ki, uşaqlara yaxşı baxım. Sağollaşanda dedi ki, yenə zəng vuracam. Amma zəng gəlmədi.” A.Məmmədova vurğulayıb.

Qeyd edək ki, Elyarbəy Məmmədov düşmən təxribatları nəticəsində 2019-cu ilin 20 sentyabrında elə xidmət etdiyi Murovdağ istiqamətində şəhid olub. Öz doğma yurdunda, Samux rayonunun Sarıqaya qəbiristanlığında dəfn olunub. Şəhidin ailəsi dövlət qayğısı ilə əhatə olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ailəyə Samux rayonundakı yeni yaşayış kompleksində 3 otaqlı tam təmirli mənzil verilib.

Son xəbərlər

Orphus sistemi