Şəhid körpələri - FOTOLAR

Şəhid körpələri - FOTOLAR 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdür
Sosial müdafiə
355
1 İyun , 2021 12:05
Şəhid körpələri - FOTOLAR

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdür.

Təbii ki, uşaqların müdafiəsi və sevgi ilə əhatə olunması üçün gün fərqi yoxdur. 44 günlük Vətən müharibəsinin şəhidlik zirvəsinə ucalan qəhrəmanlarının özlərindən sonra bizə miras qoyduqları körpələrin yəqin ki, digər uşaqlardan daha çox sevgiyə və qayğıya ehtiyacı var.

Ötən ilin 27 sentyabrından bu günə qədər Azərbaycanda 91 şəhid övladı dünyaya gəlib. Onlardan 72-sinin ilkin xərcləri üçün anasının hesabına 1000 manat vəsait köçürülüb, 38-nin isə adına 5 000 manatlıq hesab açılıb.

Gələcəyimiz olan şəhid övladları qəhrəman atalarının qanı bahasına 30 illik həsrətin zəfər fidanları olaraq başı dik böyüyəcəklər.

Qeyd edək ki, “YAŞAT” Fondunun şəhid övladları üçün “Onlar bizə əmanət!” adlı layihəsi başlayıb. Layihə çərçivəsində şəhid övladlarının zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN analara təqdim olunub və dünyaya yeni göz açan körpələrin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Allah şəhidlərimizə rəhmət etsin!

“Report” sentyabrın 27-dən indiyədək dünyaya gələn şəhid övladlarının bir qisminin fotolarını təqdim edir:

Son xəbərlər

Orphus sistemi