Şəhid İlqar Ramazanlının ailəsinə Prezident təqaüdü təyin olunub

Şəhid İlqar Ramazanlının ailəsinə Prezident təqaüdü təyin olunub DOST Mərkəzinin əməkdaşları şəhid İlqar Ramazanlının
Sosial müdafiə
25 Dekabr , 2020 17:49
Şəhid İlqar Ramazanlının ailəsinə Prezident təqaüdü təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin DOST mərkəzləri əməkdaşlarının da Vətən müharibəsi şəhidlərinin və qazilərin ailələri ilə görüşləri davam edir.

Nazirlikdən "Report"a verilən məlumata görə, 1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış İlqar Ramazanlının ailəsini ziyarət ediblər.

Görüş zamanı DOST mərkəzi tərəfindən ailəyə Prezidentin aylıq təqaüdünün təyin olunduğu bildirilib və Mərkəzin direktoru təqaüd kartını şəhidin anasına təqdim edib.

Ailəyə şəhid ailələrinin sosial təminat hüquqları, həmin ailələr üçün nəzərdə tutulan dəstək tədbirləri barədə məlumat verilib.

Bakıda yerləşən üç DOST mərkəzi tərəfindən postmüharibə dövründə şəhid ailəsi üzvləri olan 300-ə yaxın şəxsə Prezidentin təqaüdünün, pensiya və müavinətin təyin edilməsi, şəhid ailəsi üzvlərinə vəsiqənin verilməsi və s. ilə bağlı xidmətlər göstərilib.

Son xəbərlər

Orphus sistemi