Sədr: "Altsistemin təkmilləşdirilməsinə qədər əmək kitabçaları ləğv olunmayacaq"

Sədr: "Altsistemin təkmilləşdirilməsinə qədər əmək kitabçaları ləğv olunmayacaq" "Əmək kitabçalarının elektronlaşdırılması çətin prosesdir. İlin sonuna qədər Əmək münasibətləri və məşğulluq altsisteminin tam təkmilləşdirilməsi nəzərdə tutulub".
Sosial müdafiə
9 İyun , 2022 15:27
Sədr: Altsistemin təkmilləşdirilməsinə qədər əmək kitabçaları ləğv olunmayacaq
Mustafa Abbasbəyli

"Əmək kitabçalarının elektronlaşdırılması çətin prosesdir. İlin sonuna qədər Əmək münasibətləri və məşğulluq altsisteminin tam təkmilləşdirilməsi nəzərdə tutulub".

"Report" xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Vətən müharibəsi qazilərinin məşqulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Sədr bildirib ki, altsistemin təkmilləşdirilməsinə qədər əmək kitabçalarının ləğvi nəzərdə tutulmur:

"Dəyişiklə əmək kitabçası tələbi yığışdırılacaq. Əmək kitabçası şəxslərdə qalır və pensiya təminatı zamanı lazım ola bilər. Təkmilləşmə işləri yekunlaşdıqdan sonra 2006-ilə qədər olan dövr də elektronlaşdırılacaq. İlin sonuna və ya gələn ilin əvvəlinə proses tam yekunlaşa biləcək".

Son xəbərlər

Orphus sistemi