Sədr: "Ləğv edilən əlillik təyinatından 266-sı barədə iş prokurorluğa göndərilib"

Sədr: "Ləğv edilən əlillik təyinatından 266-sı barədə iş prokurorluğa göndərilib" "Vətəndaş vaxtında sənədində olan müddətə baxsa, gələcəkdə heç bir problemlə üzləşməz"
Sosial müdafiə
5 May , 2021 15:24
Sədr: Ləğv edilən əlillik təyinatından 266-sı barədə iş prokurorluğa göndərilib
Cavid Əbdul-Qədirov

"Qüvvədə olan müddətli əlillik işləri hər hansı yoxlama olmadan, müayinələr aparılmadan avtomatik olaraq 5 il müddətinə uzadılıb. Bu qərar 190 min şəxsi əhatə edib. Bunun da 20-25 mini məhz geridönməz hallarla (əzaların amputasiyası, sağalması mümkün olmayan ağır xəstəliklər və s.) bağlı olan müraciətlərdir".

"Report" xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov deyib.

O qeyd edib ki, vətəndaş vaxtında sənədində olan müddətə baxsa, gələcəkdə heç bir problemlə üzləşməz.

C.Əbdul-Qədirov bildirib ki, bu il quruma hərbi səbəblərlə əlaqəli pensiyanın təyin olunması üçün 9 000 min müraciətin daxil olacağı gözlənilir: "Çünki əlillik dərəcəsinin bitmə müddəti bu il başa çatır. Son üç ildə 7000-dən yuxarı ləğv edilən əlillik təyinatından 266-sı barədə iş prokurorluğa göndərilib. 300-dən yuxarı şikayət isə məhkəməyə göndərilib".

Son xəbərlər

Orphus sistemi