Səbail RİH: "Rayondakı 14 pilot layihənin əksəriyyəti Bayıldadır"

Səbail RİH: "Rayondakı 14 pilot layihənin əksəriyyəti Bayıldadır" Eldar Əzizov: "Düzgün tikilmiş bina torpağı daha da möhkəmləndirir"
Sosial müdafiə
3279
16 Fevral , 2018 15:41
Səbail RİH: Rayondakı 14 pilot layihənin əksəriyyəti Bayıldadır

Bakı. 16 fevral. REPORT.AZ/ "Bakı şəhərinin Səbail rayonunda hazırda 14-dən artıq mənzil tikintisi ilə bağlı pilot layihə işlənilib, təsdiq olunub və əlavə bir neçə layihə hazırlıq variantındadır".

Bunu "Report"a açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimov deyib.

O qeyd edib ki, pilot layihələrin əksəriyyəti Bayıl yaşayış sahəsində yerləşir: "Şirkətlər bu ərazilərdə tikinti işlərinin aparılması üçün qanunvericiliyə uyğun olaraq, öz layihələrini müvafiq qaydada ekspertizalardan keçirib, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyini alıblar.

Səbail Rayon İcra Hakimiyyətində rayonda pilot layihələri həyata keçirən sahibkarlarla baş tutan görüş zamanı icra başçısı Eldar Əzizov təklif edib ki, bu sahədə tam əminlik yaranması üçün RİH tərəfindən aidiyyəti qurumlara Bayılda tikintisi aparılan və aparılacaq Pilot layihələrinin ərazisində təkrar ekspertizanın aparılması ilə bağlı müraciət olunsun. Eldar Əzizov qeyd edib ki, düzgün tikilmiş bina torpağı daha da möhkəmləndirir.

Eldar Əzizov bildirib ki, ölkə başçısı cənab İlham Əliyev ölkədə sahibkarlığın inkişafına çox böyük diqqət yetirir, onun səyləri ilə artıq Azərbaycanda Milli sahibkarlar təbəqəsi yaranıb. Dövlət qurumlarından onların fəaliyyətinə hər cür köməklik göstərilməsi tələb olunur. Səbail rayonunda həyata keçirilən bütün Pilot layihələr Prezidentin göstərişlərinə uyğun olaraq, təmiz əllərlə, tam şəffaflıq şəraitində, sahibkarların fəaliyyətlərinə hər hansı müdaxilə və ağırlaşdırıcı amillər olmadan həyata keçirilir. Eldar Əzizov qeyd edib ki, cənab Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur. Bununla əlaqədar sahibkarlar bu tələbləri öz fəaliyyətlərində əsas tutmalı, onlara göstərilən hərtərəfli dəstəklə əlaqədar tikinti ərazisindəki vətəndaşların köçürülmə və digər problemləri ilə bağlı sualları həssaslıqla, qanuna müvafiq həll edilməli, onları narazı sala biləcək amillərə yol verməməlidirlər". 

Son xəbərlər

Orphus sistemi