Səbail RİH: Bayılda evləri dağılan 6 ailəyə ümumilikdə 347 600 manat maddi yardım ödəniləcək

Səbail RİH: Bayılda evləri dağılan 6 ailəyə ümumilikdə 347 600 manat maddi yardım ödəniləcək Bakı. 16 aprel. REPORT.AZ/ Bayılda evləri dağılan 6 ailəyə ümumilikdə 347 min 600 manat məbləğində birdəfəlik maddi yardım ödəniləcək.
Sosial müdafiə
16 Aprel , 2018 16:45
Səbail RİH: Bayılda evləri dağılan 6 ailəyə ümumilikdə 347 600 manat maddi yardım ödəniləcək

Bakı. 16 aprel. REPORT.AZ/ Bayılda evləri dağılan 6 ailəyə ümumilikdə 347 min 600 manat məbləğində birdəfəlik maddi yardım ödəniləcək.

Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov “Report”a açıqlamasında deyib ki, bununla bağlı Nazirlər Kabineti qərar verib.

Onun sözlərinə görə, qərara əsasən, Səbail rayonu, Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə fevralın 10-da baş vermiş lokal torpaq sürüşməsi nəticəsində ev əşyaları ilə birlikdə dağılaraq yaşayış üçün tam yararsız vəziyyətə düşən , ümumi sahəsi 306 kvadrat metr olan 4 fərdi yaşayış evinin, həmçinin bir hissəsi dağılaraq yaşayış üçün yararsız vəziyyətə düşmüş ümumi sahəsi 182 kvadrat metr olan 2 fərdi yaşayış evinin sahiblərinə evin bir kvadrat metri üçün 700 manat və hər bir evdə yararsız vəziyyətə düşmüş ev əşyaları üçün 1500 manat olmaqla ümumilikdə 347 min 600 manat məbləğində birdəfəlik maddi yardım ödənilməsi qərara alınıb.

O qeyd edib ki, həmin vəsait ailə başçıları üçün açılan müvafiq bank hesabına köçürüləcək: “İcra Hakimiyyətinə tapşırılıb ki, 3 gün müddətində həmin vəsaitin hesaba köçürülməsi və 6 fərdi yaşayış evinin tam sökülməsi təmin edilsin. İcra hakimiyyəti yekunda hesabat verəcək". 

Son xəbərlər

Orphus sistemi