Şamaxıda şəhid və qazi övladlarının iştirakı ilə “Xarıbülbül” yay düşərgəsi açılıb

Şamaxıda şəhid və qazi övladlarının iştirakı ilə “Xarıbülbül” yay düşərgəsi açılıb Şamaxıda Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsinin rəsmi açılış baş tutub.
Sosial müdafiə
21 Avqust , 2021 08:21
Şamaxıda şəhid və qazi övladlarının iştirakı ilə “Xarıbülbül” yay düşərgəsi açılıb

Şamaxıda Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsinin rəsmi açılışı baş tutub.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, açılış mərasimindən öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, ulu öndərin xatirəsini ehtiramla anıblar. Daha sonra Şəhidlər Xiyabanı ziyarət olunub, torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi dərin ehtiramla anılıb.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir rəsmi şəxslərin, millət vəkilləri və tərəfdaş qurumların nümayəndələrinin iştirakı ilə baş tutub. Düşərgə müddətində gənclərin Vətən müharibəsi iştirakçılarının, rəsmilərin və məşhur simaların iştirakı ilə görüşlərdə iştirakı, şəxsi və komanda inkişafı yönümlü təlimlər və bir sıra intellektual-əyləncəli oyunların keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Gənclər Fondunun və Şamaxı rayonunda yerləşən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin birgə dəstəyi ilə keçirilən, şəhid və qazilərin 60 övladının iştirak etdiyi düşərgə 4 gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi