Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ictimai birliklərin inkişafına dəstək məqsədilə “QHT-lərin V İnkişaf və Mübadilə proqramı”nı elan edir.
Agentlikdən "Report"a bildirilib ki, Şamaxı şəhərində 15-17 avqust 2024-cü il tarixlərində proqram çərçivəsində 3 günlük təlimlər təşkil olunacaq.
Təlim iştirakçıları seçim əsasında müəyyən olunacaq.
Seçimdə üstünlük verilir:
- ilk dəfə iştirak edənlərə;
- QHT-də layihə yazılması üzrə məsul şəxslərə;
- QHT fəaliyyəti ilə yeni məşğul olanlara;
- Regionlarda fəaliyyət göstərən QHT-lərə;
- Xarici dil bilgisi olan şəxslərə (ingilis dili).
Təlimdə iştirak üçün mərhələlər:
1. Təlimdə iştirak üçün aşağıda qeyd olunan sorğu 4 avqust 2024-cü il saat 18:00-a kimi cavablandırılaraq Agentliyə göndərilir,
2. Daxil olan məlumatlar Agentlik tərəfindən təhlil edilir və sorğunun nəticəsinə uyğun olaraq növbəti mərhələyə keçilir,
3. İlkin mərhələdən keçmiş şəxslərlə müsahibələr təşkil olunur.
Təlimdə iştirak üçün onlayn sorğu:
QEYD:
- Daha öncə QHT-lərin İnkişaf və Mübadilə Proqramlarına qoşulan şəxslər bu təlimdə iştirak edə bilməzlər,
- Təlimdə hər QHT-dən yalnız 1 nəfər təmsil oluna bilər.
Agentlik Bakıda və bölgələrdə fəaliyyət göstərən QHT-lərin bilik və bacarıqlarının artırılması istiqamətində fəaliyyətini davam etdirir.