Salyanda 9 may - Qələbə Günü qeyd edilib - FOTO

Salyanda 9 may - Qələbə Günü qeyd edilib - FOTO Salyan. 9 may. REPORT.AZ/ Salyanda faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə tədbir keçirilib.
Sosial müdafiə
9 May , 2018 19:38
Salyanda 9 may - Qələbə Günü qeyd edilib - FOTO

Salyan. 9 may. REPORT.AZ/ Salyanda faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə tədbir keçirilib.

"Report"un Aran bürosu xəbər verir ki, tədbirdə iştirak edən rayonun rəhbər işçiləri, veteranlar, ictimaiyyət nümayəndələri və gənclər əvvəlcə Böyük Vətən müharibəsində həlak olanların xatirə kompleksləri önünə gül dəstələri qoyublar.

Sonra Sovet İttifaqı qəhrəmanı Məhərrəm Dadaşovun abidəsi ziyarət olunub.

Veteranlarla görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov qeyd edib ki, 1941-1945–ci illər savaşında tarixi Qələbənin qazanılmasında şücaət göstərən 600 mindən çox həmyerlimizin arasında 5726 nəfər salyanlı da olub. Onlardan 1516 nəfəri döyüşlərdə həlak olub və ya itkin düşüb, 3700 nəfər isə yaralanıb. Bu gün onların hər birinin xatirəsinin hamı üçün əziz olduğunu vurğulayan icra başçısı Qələbənin əldə edilməsində Azərbaycanın tarixi rolundan ətraflı söhbət açıb.

Mərasimdə çıxış edən müharibə veteranları onlara göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi