Şahmar Mövsümov: "İnsanlar işləməkdənsə, birdəfəlik yardım almağa üstünlük verir"

Şahmar Mövsümov: "İnsanlar işləməkdənsə, birdəfəlik yardım almağa üstünlük verir" "Azərbaycanda 190 manatlıq sosial dəstək tədbiri ilə yanaşı ictimai iş yerlərinin yaradılması da nəzərdə tutulub. Bu gündən 20 mindən çox boş o cür iş yeri var".
Sosial müdafiə
20 İyul , 2020 18:14
Şahmar Mövsümov: İnsanlar işləməkdənsə, birdəfəlik yardım almağa üstünlük verir

"Azərbaycanda 190 manatlıq sosial dəstək tədbiri ilə yanaşı, ictimai iş yerlərinin yaradılması da nəzərdə tutulub. Bu gündən 20 mindən çox boş o cür iş yeri var".

"Report" xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

"Vətəndaşlar həmin iş yerlərini tutaraq 190 manatdan da çox gəlir əldə edə bilərlər. Təəssüf ki, insanlar işləməkdənsə, birdəfəlik yardım almağa üstünlük verirlər. Odur ki, mən gəlir mənbəyini itirmiş insanları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyə çağırıram", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi