Sahil qəsəbəsində “Gənclər evi” istifadəyə verilib

Sahil qəsəbəsində “Gənclər evi” istifadəyə verilib Mərkəzdə xalçaçılıq və toxuculuq dərnəyi fəaliyyət göstərəcək
Sosial müdafiə
30 Dekabr , 2015 13:10
Sahil qəsəbəsində “Gənclər evi” istifadəyə verilib

Bakı. 30 dekabr. REPORT.AZ/ Bu gün Qaradağ rayonunun Sahil qəsəbəsində Gənclər və İdman Nazirliyinin sifarişi ilə tikilən “Gənclər evi” istifadəyə verilib. 

"Report"un məlumatına görə, açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı, Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri, deputat Aydın Hüseynov və digər rəsmi şəxslər iştirak edib.

Çıxış edənlər ölkədə həyata keçirilən gənclər və idman sahəsindən bəhs ediblər. Onlar qeyd ediblər ki, gələcəkdə də Qaradağda bir neçə gənclər mərkəzinin tikintisi nəzərdə tutulur.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, 2013-cü ildə tikintisinə başlanılan mərkəz 3 mərtəbə və zirzəmidən ibarətdir. 

O bildirib ki, mərkəzin zirzəmisinə 6 otaq var. Bura xalçaçılıq və toxuculuq dərnəyi, kompüter qrafikası, texniki otaqlar və s daxildir.

Mərkəzin birinci mərtəbəsində Qaradağ rayon Gənclər və İdman İdarəsinin inzibati iş otaqları, gənclərin intellektual klubu, sərgi salonu, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin foto guşəsi yerləşir.

Mərkəzin ikinci mərtəbəsində internet klub, texnika və ixtiraçılar klubu, vətənpərvərlik klubu, karyera mərkəzi, istedadların hazırlığı laboratoriyası, şahmat və musiqi dərnəyi fəaliyyət göstərəcək.

Mərkəzin üçüncü mərtəbəsində isə video studiya, gənclər üçün "Qaynar xətt" xidməti, “Gənclər evi” müdriyyətinin inzibatı otaqları və s.yerləşir.

Qeyd edək ki, mərkəzin tikintisi bu ilin may ayında başa çatıb. 

Son xəbərlər

Orphus sistemi