Sahil Babayev avtomatlaşdırılmış qaydada pensiya təyinatı alan şəxslərin sayını açıqlayıb

Sahil Babayev avtomatlaşdırılmış qaydada pensiya təyinatı alan şəxslərin sayını açıqlayıb On bir mindən çox vətəndaşımız tam şəkildə avtomatlaşdırılmış qaydada pensiya təyinatlarını alıb.
Sosial müdafiə
31 May , 2019 14:44
Sahil Babayev avtomatlaşdırılmış qaydada pensiya təyinatı alan şəxslərin sayını açıqlayıb

"On bir mindən çox vətəndaşımız tam şəkildə avtomatlaşdırılmış qaydada pensiya təyinatlarını alıb".

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, aparılan avtomatlaşdırma tədbirləri nəticəsində bir çox sahədə artıq ciddi uğurlar əldə olunub: "Elektron pensiya təyinatına yanvarın 1-dən başlanılmasına baxmayaraq, qısa müddətdə 11 mindən çox vətəndaşımız tam şəkildə avtomatlaşdırılmış qaydada pensiya təyinatlarını alıblar. Onlar hər hansı bir sənəd toplamayıblar, hər hansı bir quruma getməyə ehtiyac olmayıb. Sosial portalının istifadə dairəsi getdikcə genişlənməkdədir. Artıq 100 mindən çox vətəndaşımız bu portaldan istifadə edib. Bütün vətəndaşlarımıza çağırış edirəm ki, e-sosial portalından aktiv istifadə edərək öz sosial vəziyyətlərinə, əmək müqavilələrinə, fərdi pensiya kapitalında toplanmış vəsaitlərinə, əlillik, pensiya və digər məsələlərlə bağlı məlumatlarına baxsınlar, hər hansı təklifləri varsa versinlər. İnanırıq ki, sosial müdafiə sisteminin gələcəyi elektron sistemlər üzərindən qurulmalıdır".

Son xəbərlər

Orphus sistemi