Sahil Babayev: “2035-ci ilə qədər problem yoxdur”

Sosial müdafiə
  • 11 noyabr, 2022
  • 12:41
Sahil Babayev: “2035-ci ilə qədər problem yoxdur”
Sahil Babayev

“Azərbaycan əhalisinin demoqrafik hesablamalarını həm özümüz aparmışıq, həm də beynəlxalq ekspertləri cəlb etmişik. 2050-ci ilə qədər olacaq demoqrafik göstəriciləri hesablamışıq. 2035-ci ilə qədər problem yoxdur”.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı keçirdikləri birgə iclasda səsləndirilən təkliflərə cavabında deyib.

Nazir bildirib ki, 2035-ci ilə qədər problem yoxdur, 2035-2045-ci illər üçün yaşlanma gözlənilir, 2045-dən sonra çağırışlar yaranır:

“Bu hesablamalar pensiya sisteminin dayanıqlığına təminat verir. Biz bu illər ərzində formal məşğulluğu təmin etməliyik. Ona görə bütün fokus formal məşğulluğun təmin edilməsinə yönəldilib”.