Bakı. 17 avqust. REPORT.AZ/ Sabah Bakının Yasamal rayonunda içməli su olmayacaq.
“Azərsu” ASC-dən “Report”a verilən məlumata görə, Bakı şəhəri Yasamal rayonu ərazisində yeni çəkilmiş magistral su xətlərinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar avqustun 18-i gün ərzində İzmir və C.Məmmədquluzadə küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.