Sabah "ASAN xidmət” mərkəzləri işləməyəcək

Sabah "ASAN xidmət” mərkəzləri işləməyəcək Yanvarın 21-dən etibarən vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər
Sosial müdafiə
19 Yanvar , 2016 15:24
Sabah ASAN xidmət” mərkəzləri işləməyəcək

Bakı. 19 yanvar. REPORT.AZ/ Sabah "ASAN xidmət” mərkəzləri işləməyəcək.

Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Məlumata görə, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar "ASAN xidmət" mərkəzlərində qeyri-iş günü olacaq.

Yanvarın 21-dən etibarən vətəndaşlar "ASAN xidmət" mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi