Rövşən Rzayev yataqxanada məskunlaşmış məcburi köçkünlərlə görüşüb

Rövşən Rzayev yataqxanada məskunlaşmış məcburi köçkünlərlə görüşüb Bakı. 1 may. REPORT.AZ/ Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Texniki Universitetinin Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 1 ünvanında yerləşən yataqxanalarda məskunlaşmış məcburi köçkünlərlə görüşüb.
Sosial müdafiə
1 May , 2018 19:33
Rövşən Rzayev yataqxanada məskunlaşmış məcburi köçkünlərlə görüşüb

Bakı. 1 may. REPORT.AZ/ Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Texniki Universitetinin Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 1 ünvanında yerləşən yataqxanalarda məskunlaşmış məcburi köçkünlərlə görüşüb.

Komitədən "Report"a verilən məlumata görə, sədr vəziyyətlə yerindəcə tanış olub, orada yaşayan məcburi köçkünlərin problemlərini dinləyib, yataqxananın zirzəmi hissəsində yerləşən və nəmişlikdən yararsız vəziyyətə düşmüş otaqlara baş çəkib.

Görüşdə iştirak edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov məcburi köçkünlərin problemlərinin həllinin hər zaman dövlətin diqqət mərkəzində olduğunu bildirib.

Rövşən Rzayev yataqxanada məskunlaşmış məcburi köçkünləri mayın 15-də Dövlət Komitəsində görüşə dəvət edib. Dövlət Komitəsinin sədri deyib ki, görüşün məqsədi məcburi köçkünlərin problemlərini daha dərindən öyrənməkdir.

Son xəbərlər

Orphus sistemi