Rövşən Rzayev Goranboyda vətəndaş qəbulu keçirib

Rövşən Rzayev Goranboyda vətəndaş qəbulu keçirib Bakı. 27 fevral. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev fevralın 27-də Goranboy rayonunda vətəndaş qəbulu keçirib.
Sosial müdafiə
27 Fevral , 2019 16:06
Rövşən Rzayev Goranboyda vətəndaş qəbulu keçirib

Bakı. 27 fevral. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev fevralın 27-də Goranboy rayonunda vətəndaş qəbulu keçirib.

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, qəbulda Goranboy, Gəncə, Naftalan, Şəmkir rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. 

Müraciətlər, əsasən, mənzil, məşğulluq, vahid aylıq müavinət, statusun verilməsi və digər məsələlərlə bağlı olub. Vətədaşların müraciətləri dinlənilib, onlara geniş izahat verilib.

Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsini gücləndirmək, bu kateqoriyadan olan vətəndaşlara dövlət qayğısını artırmaq məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Belə şəxslər üçün vahid aylıq müavinətin məbləğinin aprelin 1-dən 50 faiz artırılması barədə qərar bu qayğının növbəti bariz təzahürüdür. Məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli də diqqət mərkəzindədir. Dövlətimizin başçısının tapşırığına əsasən, bu il 6-7 min məcburi köçkün ailəsinin yeni mənzillə təmin olunması nəzərdə tutulub. Müvəqqəti məskunlaşdıqları bina və tikililər qəzalı vəziyyətdə olan, hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərin birinci mərhələdə yeni mənzillərə köçürülməsi barədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı icra edilir. Qaçqınların və məcburi köçkünlərin sağlamlıqlarının qorunması, sosial vəziyyətinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və digər məsələlər Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdə də önəmli yer tutur.

Qəbulda iştirak edən vətəndaşların müraciətlərinin bir qismi yerində həll edilib.

Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi