Riskləri yüksək olan iş sahələrində dövlət nəzarəti daha intensiv həyata keçiriləcək

Riskləri yüksək olan iş sahələrində dövlət nəzarəti daha intensiv həyata keçiriləcək “Ötən il ölkədə istehsalatla əlaqəli 228 bədbəxt hadisə qeydə alınıb”
Sosial müdafiə
28 Aprel , 2021 11:32
Riskləri yüksək olan iş sahələrində dövlət nəzarəti daha intensiv həyata keçiriləcək

“Ötən il ölkədə istehsalatla əlaqəli 228 bədbəxt hadisə qeydə alınıb”.

“Report” xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Heydərov Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn görüşdə çıxışı zamanı deyib.

DƏMX rəisi qeyd edib ki, hadisələr nəticəsində 250 nəfər zərər çəkib. Onlardan 213-ü kişi, 37-si isə qadın olub:

“Zərərçəkənlərdən 48 nəfər vəfat edib. Bədbəxt hadisələr əsasən emal sənayesi, tikinti, mədənçıxarma sənayesi və digər sahələrdə xidmətin göstərilməsi zamanı baş verib”.

F.Heydərov vurğulayıb ki, “Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti üzrə risk qruplarının müəyyənləşdirilməsi meyarlarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin qərar layihəsi aidiyyəti dövlət orqanları ilə razılaşdırılır:

“Bu qaydalarda əməyin mühafizəsini ehtiva edən bir sıra meyarlar müəyyən edilib ki, nəticədə bu meyarlar üzrə riskləri yüksək olan işəgötürənlərdə dövlət nəzarəti daha tez-tez həyata keçiriləcək”.

O həmçinin xatırladıb ki, dünyada hər il təxminən 340 milyon istehsalat qəzası baş verir, 160 milyon şəxs isə işlə əlaqəli peşə xəstəliyinə düçar olur.

Son xəbərlər

Orphus sistemi