RİİB-in 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsinin cari il üzrə yekunu müəyyənləşib

RİİB-in 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsinin cari il üzrə yekunu müəyyənləşib Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsinin cari il üzrə yekunu müəyyənləşib.
Sosial müdafiə
28 Dekabr , 2019 09:55
RİİB-in 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsinin cari il üzrə yekunu müəyyənləşib

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsinin cari il üzrə yekunu müəyyənləşib.

RİİB-dən "Report"a verilən məlumata görə, müsabiqəyə 01 avqust 2019-cu il tarixindən noyabrın 20-dək Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar), ali təhsil müəssisələri, peşə və orta ixtisas təhsili müəssisələri (kolleclər), elmi-tədqiqat təşkilatları, könüllülər hərəkatları, təhsil müəssisələri daxilində tələbə elmi cəmiyyətləri və tələbə gənclər təşkilatları tərəfindən ümumilikdə 450-dən artıq layihə təqdim edilib. Ümumi layihələrin 72%-i qeyri-hökumət təşkilatlarından (ictimai birlik və fondlar), 28%-i isə təhsil mühitindən (ali təhsil müəssisələri, peşə və orta ixtisas təhsili müəssisələri, elmi-tədqiqat təşkilatları, könüllülər hərəkatları, təhsil müəssisələri daxilində tələbə elmi cəmiyyətləri və tələbə gənclər təşkilatları) daxil olub. Bununla yanaşı, layihə təkliflərinin 25 %-i bölgələrdən, geri qalan hissəsi isə Bakı və Sumqayıt ərazisindən təqdim edilmişdir.

Qeyd edək ki, müsabiqəyə göndərilən layihələrin qiymətləndirilməsi hazırda davam edir və bu günədək 9 layihə qalib müəyyən edilib. İştirakçılara müsabiqənin nəticələri barədə elektron formada məlumat göndəriləcək.

Xatırladaq ki, “Sosial layihələr” müsabiqəsi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və hədəflərə nail olmaq, vətəndaş cəmiyyətinin inkişafı və təşəbbüskarlıq mühitinin formalaşdırılması məqsədi ilə cəmiyyət üzvlərinin fiziki, sosial, intellektual və mənəvi inkişafının təmin edilməsinə, habelə həyat və sağlamlığının qorunmasına dair təşəbbüsləri; elm və təhsilin inkişafına, innovativ ideyaların reallaşdırılmasına və maarifləndirmə işinin təkmilləşdirilməsinə dair təşəbbüsləri; təbiət və ətraf mühitin mühafizəsinə dair təşəbbüsləri; cəmiyyətdə tolerant və inklüziv mühitin qorunmasına, bu sahədə bərabər imkanların yaradılmasına dair təşəbbüsləri və digər sosial layihələri əhatə edir.

Son xəbərlər

Orphus sistemi