Rəis: "Ötən il Dövlət Miqrasiya Xidmətinə 9 nəfər işə qəbul olunub"

Rəis: "Ötən il Dövlət Miqrasiya Xidmətinə 9 nəfər işə qəbul olunub" Bakı. 11 yanvar. REPORT.AZ/ Ötən il Dövlət Miqrasiya Xidmətinə 9 nəfər işə qəbul olunub.
Sosial müdafiə
11 Yanvar , 2019 11:44
Rəis: Ötən il Dövlət Miqrasiya Xidmətinə 9 nəfər işə qəbul olunub
DMX rəisi Vüsal ­Hüseynov / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 11 yanvar. REPORT.AZ/ "Ötən il Dövlət Miqrasiya Xidmətinə 9 nəfər işə qəbul olunub".

"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında xidmət rəisi Vüsal Hüseynov deyib.

O bildirib ki, 2018-ci ildə Dövlət Miqrasiya Xidməti işçi qəbulu ilə bağlı iki elan verib: "İlk elan kiçik heyət, ikinci isə orta rütbəli şəxslər üçün idi".

V.Hüseynov qeyd edib ki, birinci elan olunan imtahanlardan keçən şəxslər artıq xidmətdə fəaliyyətə başlayıb: "İkinci dəfə elan olunan imtahana müraciət edənlər isə hazırda müsahibə mərhələsindədirlər. Bu imtahan üzrə 14 vakant yer verilib".

Son xəbərlər

Orphus sistemi