Qulluq stajına görə əlavələr alan pensiyaçıların 70 faizi hərbçilərdir

Qulluq stajına görə əlavələr alan pensiyaçıların 70 faizi hərbçilərdir “Qulluq stajına görə əlavələr alan pensiyaçılara daha çox (70 %) hərbi rütbəli şəxslər daxildir”.
Sosial müdafiə
11 Mart , 2022 11:49
Qulluq stajına görə əlavələr alan pensiyaçıların 70 faizi hərbçilərdir

“Qulluq stajına görə əlavələr alan pensiyaçılara daha çox (70 %) hərbi rütbəli şəxslər daxildir”.

“Report” xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev “Sosial saat”da deyib.

O bildirib ki, bu kateqoriyaya aid olan digər şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşları, məhkəmə hakimləri, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının üzvləri, deputat və s-dir”.

Fond rəsmisi əlavə edib ki, Qulluq stajına görə əlavələr alan pensiyaçıların sayı hazırda 102 min nəfərdir.

Qeyd edək ki, Prezidentin müvafiq sərəncamı ilə qulluq stajına görə əlavələr alan pensiyaçılara hər ay pensiyalarının 10 faizi məbləğində maddi yardım veriləcək. Bu məqsədlə dövlət büdcəsindən illik 86 milyon manat əlavə vəsait ayrılacaq. Bu maddi yardım müvafiq kateqoriyadan olan 100 min pensiyaçını əhatə edir.

Son xəbərlər

Orphus sistemi