Mədəniyyət Nazirliyinin tabeliyində olan Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin işçilərinin aylıq vəzifə maaşları artırılıb.
"Report"un məlumatına görə, bununla bağlı Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib.
Dəyişikliyə əsasən, “Soyqırımı memorial kompleksi”nin işçilərinin aylıq vəzifə maaşları artırılaraq aşağıdakı kimi olub:
Sıra №-si | Vəzifələrin adı | Aylıq vəzifə maaşı (manatla) |
1. | Direktor | 1000 |
2. | Direktorun müavini | 845 |
3. | Şöbə müdiri | 690 |
4. | Baş mühafizəçi | 630 |
5. | Aparıcı mütəxəssis | 600 |
6. | Mütəxəssis, bələdçi | 585 |
7. | Zal nəzarətçisi | 555 |
8. | Baş mühasib | 540 |
9. | Elektrik montyoru | 430 |
10. | Mühəndis-mexanik, kompüter, foto-video mühəndisi | 475 |
11. | Anbardar, aqronom | 385 |
12. | Avtomobil sürücüsü | 320 |
13. | Gözətçi, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyət | 290 |
Qeyd edək ki, qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.