Qubadakı "ABAD FACTORY" İstehsalat Kompleksinə mediatur təşkil olunub

Qubadakı "ABAD FACTORY" İstehsalat Kompleksinə mediatur təşkil olunub Quba. 8 noyabr. REPORT.AZ/ Quba rayonundakı ABAD FACTORY İstehsalat Kompleksinə mediatur təşkil olunub.
Sosial müdafiə
8 Noyabr , 2018 15:49
Qubadakı ABAD FACTORY İstehsalat Kompleksinə mediatur təşkil olunub

Quba. 8 noyabr. REPORT.AZ/ Quba rayonundakı "ABAD FACTORY" İstehsalat Kompleksinə mediatur təşkil olunub. 

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, ABAD (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev müəssisənin fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. 

Onun sözlərinə görə, Quba rayonundakı "ABAD FACTORY" İstehsalat Kompleksi 5 istehsal sahəsi - quru meyvələr, qənnadı məmulatları, kompot, süd məhsulları və ət məhsulları üzrə fəaliyyət göstərəcək: "Burada sahibkarlıq fəaliyyətinin səmərəli təşkili məqsədilə müvafiq infrastruktur yaradılıb. Müəssisədə 10 "ABAD"çı ailənin (30 nəfərə yaxın) fəaliyyət göstərməsi nəzərdə tutulub. Məhsul dövriyyəsi artdıqca bu sayın 50 nəfərədək artması gözlənilir".

Eyni zamanda "ABAD"çı sahibkarlar öz istehsal etdikləri məhsullar barədə jurnalistlərə məlumat veriblər.

Müəssisədə "Pasha Holding"in dəstəyi ilə "ABAD Gastro Village" layihəsi və onun nəzdində olan "Food truck"lar (təkərli qoşqular) parkı salınıb. Food truck"lar (təkərli qoşqular) 5 istiqamət - dönər, burger, pizza, şirniyyat və ABAD etno-butik üzrə satış aparır. "ABAD Gastro Village" kompleksində 20 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi