QİÇS-lə Mübarizə Mərkəzi: "Azərbaycanın da daxil olduğu Şərqi Avropa ölkələrində İİV-lə yeni yoluxma halları 13% artıb"

QİÇS-lə Mübarizə Mərkəzi: "Azərbaycanın da daxil olduğu Şərqi Avropa ölkələrində İİV-lə yeni yoluxma halları 13% artıb" 2013-cü ilin sonuna qədər dünya üzrə İVV-ə yoluxanların ümumi sayı 35 milyondur
Sosial müdafiə
1 Dekabr , 2014 13:35
QİÇS-lə Mübarizə Mərkəzi: Azərbaycanın da daxil olduğu Şərqi Avropa ölkələrində İİV-lə yeni yoluxma halları 13% artıb

Bakı. 1 dekabr. REPORT.AZ/ "Başqa ölkələrdə İİV-lə bağlı yeni yoluxma və ölüm halları azalıbsa, Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində belə hallar 2006-cı ilə nisbətən 13% artıb.

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova bu gün keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində İİV virusuna yoluxan insanların 1/3 hissəsi və ya 50 faizi özlərinin bu xəstəliklərə yoluxması barədə məlumatları yoxdur: "Bu da xəstəliyin xüsusiyyətindən irəli gələn bir səbəbdir"-deyə, mərkəzin direktoru məsələ ilə bağlı fikirlərinə əlavə edib"

E.Alməmmədova qeyd edib ki, 2013-cü ilin sonuna qədər dünya üzrə İVV-ə yoluxanların ümumi sayı 35 milyondur. Bu göstərici 2012-ci illə müqayisədə 300 min nəfər azalıb.

Onun sözlərinə görə, dünya üzrə 2013-cü ildə İİV-ə yoluxanların sayı 2 milyon, xəstəlikdən ölənlərin sayı isə 1,5 milyon nəfər olub: "Bu göstəricilərdə də 2012-ci illə müqayisədə azalma müşahidə olunub. Mövcud xəstəliklə bağlı vəziyyət elə də acınacaqlı deyil və hətta bu sahədə müəyyən nailiyyətlər də əldə edilib. Hazırda əvvəlki illərlə müqayisədə bu xəstəliyə yanaşmalar dəyişib. Artıq QİÇS infeksiyası xroniki xəstəlik hesab olunur və ağır xəstəlik olsa da antiretrovirus-terapiya adlanan müalicə üsulu var".
Mərkəzin direktoru vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatı, eləcə də digər beynəlxalq təşkilatların bu terapiyanı əsas müalicə vasitəsi, ən qüvvətli və effektli tədbir kimi hesab edirlər: "Antiretrovirus-terapiya tətbiq olunan xəstələrin sayı 2014-cu ilin sonuna kimi 13, 6 milyon təşkil edib. 2012-ci illə nisbətən onların sayı 40% artıb. 2012-ci ildə QİŞS-lə bağlı ölüm hallarının sayı 2005-ci illə müqayisədə 29% azalıb. Bu proses terapiyanın geniş yayılması səbəbindən baş verib".

Son xəbərlər

Orphus sistemi