Qazi: "Əvvəllər əsa ilə gəzirdim, indi nisbətən rahat yeriyə bilirəm"

Qazi: "Əvvəllər əsa ilə gəzirdim, indi nisbətən rahat yeriyə bilirəm" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Mərdəkan Reabilitasiya Pansionatında əlilliyi olan şəxslərə, o cümlədən müharibə əlillərinə göstərilən reabilitasiya xidmətləri ilə m
Sosial müdafiə
4 Mart , 2022 13:04
Qazi: Əvvəllər əsa ilə gəzirdim, indi nisbətən rahat yeriyə bilirəm

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Mərdəkan Reabilitasiya Pansionatında əlilliyi olan şəxslərə, o cümlədən müharibə əlillərinə göstərilən reabilitasiya xidmətləri ilə media nümayəndələrinin tanışlığı üçün ora mediatur təşkil edilib.

Pansionatın direktoru Səidə Babazadə "Report"a bildirib ki, müəssisədə terapevt, nevropatoloq, kardioloq, epidemioloq və s. həkim personalı çalışır.

Onun sözlərinə görə, reabilitasiya sahəsində müasir metodika və texnologiyalardan istifadə olunmaqla qabaqcıl təcrübələrin öyrənilməsi əsasında müalicə metodları tətbiq edilir. 150 çarpayılıq müəssisədə il ərzində 3000 əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilir.

Səidə Babazadə
Səidə Babazadə

Pansionatda çalışan psixoloq Pərvin Süleymanova isə bildirib ki, burada müalicə olunmaq istəyən Vətən müharibəsi iştirakçıları əsasən, yuxusuzluq və əsəblə bağlı müraciət edirlər. "Biz onlarla fərdi və ya qrup şəklində söhbətlər aparırıq. Bir müddət keçdikdən sonra onlar artıq sosiallaşır", - o əlavə edib.

İkinci Vətən müharibəsi iştirakçısı, qazi Əfsun Salahov Suqovuşan uğrunda gedən döyüşlərdə ayağından snayper silahından güllə yarası aldığını bildirib. O, hazırda Mərdəkan Reabilitasiya Pansionatınada masaj, tok və maqinit prosedurları olunur: "3 gün olar ki, burada müalicə olunuram. Əvvəl əsa ilə gəzirdim, indi nisbətən rahat yeriyə bilirəm. Xidmətdən və göstərilən diqqətdən çox razıyam".

Əfsun Salahov
Əfsun Salahov

Qeyd edək ki, ötən il Agentliyin reabilitasiya müəssisələrində 9325 nəfərə reabilitasiya xidmətləri göstərilib. Əlilliyi olan şəxslərə əvvəlki ilə nisbətən 37% çox olmaqla 48 min reabilitasiya vasitəsi verilib. 8716 şəxs reabilitasiya vasitələri ilə təmin olunub ki, onlardan 1200 nəfəri ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir. 2022-ci ilin ötən dövründə isə əlilliyi olan 2050 şəxsə 8800 reabilitasiya vasitəsi verilib, 3812 nəfərə isə reabilitasiya xidmətləri göstərilib. Prezident İlham Əliyevin tapşırığına əsasən, 2020-ci ilin dekabr ayından müharibə əlillərinin yüksək texnologiyalı protezlərlə təminatına başlanıb.

Pərvin Süleymanova
Pərvin Süleymanova

Xatırladaq ki, ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 44 günlük Vətən müharibəsinin 188 qazisi 196 ədəd, I Qarabağ müharibəsi əlilləri və Vətən müharibəsinə qədərki dövrdə hərbi səbəblərlə əlaqədar əlilliyi müəyyən olunmuş hərbçilərdən ibarət 75 qazi 80 ədəd yüksək texnologiyalı protezlə təmin olunub.

Mərdəkan Reabilitasiya Pansionatı 2019-cu ilin dekabrında əsaslı təmirdən sonra istifadəyə verilib. Pansionatda laboratoriya, ultrasəs, elektrokardioqrafiya müayinələri, effektiv təsirə malik fizioterapevtik müalicə prosedurları tətbiq edilir, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmət həyata keçirilir.

Müəssisədə terapevt, nevropatoloq, kardioloq, epidemioloq və digər həkim personalı çalışır. Reabilitasiya sahəsində müasir metodika və texnologiyalardan istifadə olunmaqla qabaqcıl təcrübələrin öyrənilməsi əsasında müalicə metodları tətbiq edilir. 150 çarpayılıq müəssisədə il ərzində 3000 əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilir.

Son xəbərlər

Orphus sistemi