Psixologiya Elmi-Tədqiqat İnstitutu şəhid ailələri və qazilərin iştirakı ilə tədbir keçirib

Psixologiya Elmi-Tədqiqat İnstitutu şəhid ailələri və qazilərin iştirakı ilə tədbir keçirib Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Zəfər Günü ilə əlaqədar tədbir keçirilib.
Sosial müdafiə
15 Noyabr , 2021 15:11
Psixologiya Elmi-Tədqiqat İnstitutu şəhid ailələri və qazilərin iştirakı ilə tədbir keçirib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Zəfər Günü ilə əlaqədar tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himni ilə başlayıb. Tədbirdə şəhid ailələri, qazilər iştirak ediblər.

Mərasimdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov çıxış edib. Daha sonra isə Narınc Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyev, YAP Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva və əməkdar artist Kübra Əliyeva çıxış ediblər.

Tədbir zamanı şəhid və qazi övladları şeir səsləndirib və Xudayar təsnifi ifa ediblər.

Tədbirdə Psixologiya Elmi-Tədqiqat İnstitutu və Narınc Psixologiya Mərkəzinin psixoloji yardım göstərdiyi şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarına çıxış üçün söz verilib, eyni zamanda onlara təşəkkürnamə və hədiyyələr təqdim edilib.

Tədbir konsert proqramı ilə yekunlaşıb.

Qeyd edək ki, Psixologiya Elmi-Tədqiqat İnstitutu və Narınc Psixologiya Mərkəzi bu günə qədər 250 dən çox şəhid və qazi ailəsinə psixoloji dəstək göstərib.

Son xəbərlər

Orphus sistemi