Postmüharibə dövründə 94 min şəxsə 104 min sosial ödəniş təyinatı aparılıb

Postmüharibə dövründə 94 min şəxsə 104 min sosial ödəniş təyinatı aparılıb Bu ödənişlərin əksəriyyəti proaktiv qaydada həyata keçirilib. Şəhid ailələri və müharibə əlilləri heç bir yerə müraciət etmədən, sənəd toplamadan bu ödənişlər elektron qaydada təyin edilib. Yalnız xüsusi müayinə tələb edilən hallarda, məsələn əlilliyin tə
Sosial müdafiə
23 İyul , 2022 13:29
Postmüharibə dövründə 94 min şəxsə 104 min sosial ödəniş təyinatı aparılıb

"Postmüharibə dövründə 94 min şəxsə 104 min sosial ödəniş təyinatı aparılıb".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, bu ödənişlərin əksəriyyəti proaktiv qaydada həyata keçirilib: "Şəhid ailələri və müharibə əlilləri heç bir yerə müraciət etmədən, sənəd toplamadan bu ödənişlər elektron qaydada təyin edilib. Yalnız xüsusi müayinə tələb edilən hallarda, məsələn əlilliyin təyinatı ilə bağlı vətəndaşlar müvafiq qurumlara dəvət olunublar. Paralel olaraq ötən ilin yanvar ayında təqaüdlər, bu ilin yanvar ayında isə şəhid ailələrinə və müharibə əlillərinə ödənilən müavinətlər 60% artırılıb".

Son xəbərlər

Orphus sistemi