Xüsusi rütbəsi olan polis əməkdaşlarının maddi təminatı azaldılıb

Xüsusi rütbəsi olan polis əməkdaşlarının maddi təminatı azaldılıb Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qərara dəyişiklik edilib
Sosial müdafiə
25 İyun , 2016 01:53
Xüsusi rütbəsi olan polis əməkdaşlarının maddi təminatı azaldılıb

Bakı. 25 iyun. REPORT.AZ/ “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilib.

"Report" xəbər verir ki, Nazirlər Kabinetinin qərarına görə, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” 73 nömrəli qərarın 1.5-ci bəndi ləğv edilib.

Bu bəndə görə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə ödənilən dövlət rüsumunun 20 faizi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin pasport və qeydiyyat qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının ("ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək, maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülürdü.

Son xəbərlər

Orphus sistemi