Pensiyaçıların Şuşaya səfəri təşkil olunub

Pensiyaçıların Şuşaya səfəri təşkil olunub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu “Şuşa ili” çərçivəsində şuşalı pensiyaçıların Şuşaya səfərini təşkil edib.
Sosial müdafiə
2 İyun , 2022 13:23
Pensiyaçıların Şuşaya səfəri təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu “Şuşa ili” çərçivəsində şuşalı pensiyaçıların Şuşaya səfərini təşkil edib.

Fonddan "Report"a verilən məlumata görə, iki günlük səfər zamanı pensiyaçılar Şuşada Yuxarı Gövhər ağa məscidini, məşhur sənətkar Bülbülün ev-muzeyini, Şərqdə opera janrının banisi Üzeyir Hacıbəylinin ev-muzeyini, eləcə də XVIII əsr Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsini ziyarət edəcəklər.

Səfər “Cıdır düzü”ndə təşkil olunan toplantı ilə başa çatacaq.

Son xəbərlər

Orphus sistemi