Pensiya və müavinət alanlar arasında Ümumrespublika Şahmat Turnirinin final mərhələsi keçirilib

Pensiya və müavinət alanlar arasında Ümumrespublika Şahmat Turnirinin final mərhələsi keçirilib Pensiya və müavinət alanlar arasında Ümumrespublika Şahmat Turnirinin final mərhələsi keçirilib
Sosial müdafiə
18 May , 2023 18:07
Pensiya və müavinət alanlar arasında Ümumrespublika Şahmat Turnirinin final mərhələsi keçirilib

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya və sosial müavinət alan şəxslər arasında təşkil olunan Ümumrespublika Şahmat Turnirinin final mərhələsi keçirilib.

"Report"un xəbərinə görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə sosial müdafiə sisteminin qurulması və gücləndirilməsi istiqamətində xidmətlərini diqqətə çatdırıb.

Nazir müavini Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər ölkəmizdə aparılan geniş miqyaslı sosial islahatların nailiyyətlərini qeyd edib.

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Ümumrespublika Şahmat Turnirinin əhəmiyyəti vurğulanıb, həvəskar şahmatçıların bu kütləvi tədbirə böyük maraqla qoşulduğu, yarışda DSMF-nin 1500-ə yaxın benefisiarının iştirak etdiyi bildirilib.

Final mərhələsində I yeri İlqar Şiriyev, II yeri Yaşar Məmmədov, III yeri isə Eldar Məmmədov qazanıb. Qaliblərə diplom və mükafatlar təqdim edilib.

Son xəbərlər

Orphus sistemi