DSMF sədri: "Pensiya kapitalları minimumdan yuxarı pensiya təminatına imkan verən şəxslərdən staj tələb olunmayacaq"

DSMF sədri: "Pensiya kapitalları minimumdan yuxarı pensiya təminatına imkan verən şəxslərdən staj tələb olunmayacaq" "Sığorta pensiya sistemi qanunvericiliyi tamamilə yenidən qurulacaq"
Sosial müdafiə
13 Aprel , 2015 16:33
DSMF sədri: Pensiya kapitalları minimumdan yuxarı pensiya təminatına imkan verən şəxslərdən staj tələb olunmayacaq

Bakı. 13 aprel. REPORT.AZ/ "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası" ilə ölkədə bəlli minimum pensiya göstəricisi tətbiq olunacaq. Əgər kimlərinsə pensiya kapitalları minimumdan yuxarı pensiya təminatına imkan verəcəksə, o zaman onlara heç bir staj tələbi qoyulmayacaq". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə 11 il stajı olan kəs hər il 1000 manatdan çox sosial pensiya haqqı ödəyir: "Lakin o, 12 illik staj tələbinə görə əmək pensiyası ala bilmir. Təbii ki, belə olduğu təqdirdə həmin şəxsin pensiya almağa marağı qalmayacaq. Bundan başqa, yerdə qalan digər şəxslər dövlətin himayəsində qalsa da, şərtlər bir az sərtləşdirilə bilər. Hətta ola bilsin ki, staj tələbi də artırılsın".

DSMF sədri bildirib ki, sığorta pensiya sistemi qanunvericiliyi tamamilə yenidən qurulacaq: "Ötən dövrdə Maliyyə, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri ilə birlikdə mövcud dəyişikliklərin çərçivə planını tam yekunlaşdırmışıq. Hazırda nazirlərarası müzakirə mərhələsindəyik. Müzakirələrdən sonra layihə hökumətə təqdim olunacaq. Bundan sonra isə yuxarı instansiyalar məsələyə baxacaq. Hesab edirəm ki, konsepsiyada nəzərdə tutulan qrafikə uyğun olaraq işləri tam yekunlaşdıra biləcəyik".

O, həmçinin əlavə edib ki, dəyişikliklər nəticəsində Azərbaycanda sosial sığortalanmalarda ödənilən sığorta vəsaitlərinin fərdi hesablara qeydiyyat sxemi tamamilə dəyişəcək və yeni əsaslarla təyin olunacaq.

"Dəyişikliklərdən sonra sosial sığorta haqlarının mahiyyətinə daha çox yaxınlaşacağıq. Çünki sosial sığorta haqları mahiyyətinə görə vergi deyil, əksinə, insana ödənilən əmək haqqının fondlaşdırılan bir hissəsidir. Yəni insan əməyinin dəyər hissəsidir. Əməyin dəyəri təkcə 8 satlıq iş rejimində ona verilən əmək haqqı deyil, digər sosial risklərlə üzləşilən dövrlərdə insanın təminatını ehtiva edəcək rəqəmlərlə ölçülür. Odur ki, sosial sığortanın vergi deyil, əmək haqqına üstəlik olması fəlsəfəsini daha çox ortaya qoyduqca insanlar bunun vergidən fərqini görməyə başlayacaq. Qeyd edim ki, bu gün ölkədə 3 milyon fərdi şəxsi hesabı olan insan var",- sədr əlavə edib. 

Son xəbərlər

Orphus sistemi