Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunan 2 447 şəxs birdəfəlik müavinətlə təmin edilib

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunan 2 447 şəxs birdəfəlik müavinətlə təmin edilib Bakı. 27 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi penitensiar müəssisələrdə cəza çəkməkdən azad e...
Sosial müdafiə
27 İyul , 2017 19:00
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunan 2 447 şəxs birdəfəlik müavinətlə təmin edilib
Report

Bakı. 27 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilib, tibbi və sosial yardıma ehtiyacı olan 2447 şəxsi birdəfəlik müavinətlə təmin edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, qeyd olunan şəxslərin hər birinə müvafiq qanunvericiliyə uyğun olaraq, minimum əmək haqqının 4 misli qədər - 464 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib.

Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan şəxslərin gələcəkdə əmək bazarına çıxış imkanlarına malik olmaları üçün onların peşə hazırlığına cəlb edilməsi işləri də davam etdirilir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ədliyə Nazirliyinin birgə Tədbirlər Planına uyğun olaraq, bu ilin ötən dövründə Bakı şəhərindəki Yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində, habelə 6 saylı, 2 saylı, 4 saylı, 7 saylı, 10 və 16 saylı və Salyan rayonundakı 5 saylı cəzaçəkmə müəssisələrində peşə hazırlığı kursları təşkil edilib. Həmin cəzaçəkmə müəssisələrindəki peşə tədrisi bazalarında elektrik-qaz qaynaqçısı, dülgər-xarrat, avtomobillərin təmiri üzrə çilingər, komputer texnikasının təmiri, inşaat rəngsazı və s. peşələr üzrə təşkil olunan kurslara cəza müddəti başa çatmaqda olan ümumilikdə 164 nəfər şəxs cəlb edilib. Onlardan böyük əksəriyyəti artıq bu kursları başa çatdırıb və onlara peşə şəhadətnamələri təqdim olunub.

Bununla yanaşı, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin məşğulluğunun təmin edilməsi yönündə də məşğulluq orqanları tərəfindən müvafiq işlər aparılır.

Son xəbərlər

Orphus sistemi