Pandemiyanın taksi xidmətlərinə təsiri - SORĞU

Pandemiyanın taksi xidmətlərinə təsiri - SORĞU Koronavirus pandemiyasına görə, həftəsonları və qeyri-iş günlərində ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyət taksi xidmətlərinə edilən müraciətlərin sayının artmasına səbəb olub
Sosial müdafiə
400
3 May , 2021 16:09
Pandemiyanın taksi xidmətlərinə təsiri - SORĞU

Koronavirus pandemiyasına görə, həftəsonları və qeyri-iş günlərində ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyət taksi xidmətlərinə edilən müraciətlərin sayının artmasına səbəb olub və bununla əlaqədar olaraq Media Təhlil Mərkəzi (MTM) tərəfindən 20-25 aprel tarixlərində taksi xidmətləri ilə bağlı sorğu keçirilib.

Mərkəzdən "Report"a bildirilib ki, sorğuda iştirak edən 655 respondentin 46%-ni qadınlar, 54%-ni kişilər təşkil edib.

Sorğunun nəticələri göstərib ki, pandemiya dövründə respondentlərin 36,3%-i ayda bir neçə dəfə, 28,1%-i həftədə bir neçə dəfə, 14,7%-i isə demək olar ki, hər gün taksidən istifadə edir. Cavab verənlərin 18%-i sözügedən dövr ərzində taksi xidmətindən bir neçə dəfə istifadə etdiyini bildirsə də, 2,9%-i istifadə etmədiyini qeyd edib.

Sorğu iştirakçılarının 49,9%-i taksini mobil tətbiq, 33,3%-i zənglə sifariş edir. Respondentlərin 16,8%-i isə yol taksilərinə müraciət edir.

Karantin rejimi respondentlərin 60,1%-nin taksidən daha çox istifadə etməsinə səbəb olsa da, 27,5%-nə təsir etməyib. İştirakçıların 12,4%-i isə taksidən daha az istifadə etdiyini vurğulayıb.

Taksi ödənişlərini kartla həyata keçirənlər respondentlərin 87%-ni, nağd ödənişə üstünlük verənlər sorğu iştirakçılarının 13%-ni təşkil edib.

Sorğu iştirakçılarının 60%-i taksi qiymətlərindən razı qalsa da, 40 faizi qiymətlərin yüksək olduğunu düşünür.

Son xəbərlər

Orphus sistemi