Özünüməşğulluq Proqramı çərçivəsində ilk dəfə kənd təsərrüfatı obyektləri sığortalanacaq

Özünüməşğulluq Proqramı çərçivəsində ilk dəfə kənd təsərrüfatı obyektləri sığortalanacaq “Azərbaycanda əmək bazarının inkişafı və işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi üçün tədbirlər görülür”.
Sosial müdafiə
17 Noyabr , 2021 13:10
Özünüməşğulluq Proqramı çərçivəsində ilk dəfə kənd təsərrüfatı obyektləri sığortalanacaq
Anar Kərimov

“Azərbaycanda əmək bazarının inkişafı və işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi üçün tədbirlər görülür”.

“Report”un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisin bu gün keçirilən plenar iclasında nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsində deyib.

Onun sözlərinə görə, gələn il Özünüməşğulluq Proqramına bu illə müqayisədə ayrılacaq vəsait 46%-dən çox artacaq: “Proqramın həyata keçirildiyi dövr ərzində ilk dəfə kənd təsərrüfatı obyektləri sığortalanacaq”.

Bundan başqa, nazir müavini bildirib ki, gələn il Bərdə və Qubada peşə hazırlıq mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub.

“2022-ci ildə haqqı ödənilən işlərə 2 milyon manat xərclənməsi nəzərdə tutulur. Ölkənin məşğulluq xəritəsi, ölkə üzrə məşğulluq reyestri üzrə işlər gələn il tamamlanacaq. Bu, qeyri-formal məşğulluğa nəzarəti gücləndirəcək. Növbəti ildə məşğulluq tədbirlərinin böyük hissəsi işğaldan azad olunmuş ərazilərə geri dönəcək vətəndaşların məşğulluğunun təmin edilməsinə yönəldiləcək”, - deyə A.Kərimov əlavə edib.

Son xəbərlər

Orphus sistemi