Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb

Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb Bakı. 15 yanvar. REPORT.AZ/ Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2017-ci illə müqayisədə 279,3 mln. manat və ya 8,3% artaraq 3678,3 mln. manata, o cümlədən sosial sığorta daxilolmaları 246,5 mln. manat və ya 11,8% artaraq 2332,2 mln. manata çatıb.
Sosial müdafiə
15 Yanvar , 2019 12:26
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2017-ci illə müqayisədə 279,3 mln. manat və ya 8,3% artaraq 3678,3 mln. manata, o cümlədən sosial sığorta daxilolmaları 246,5 mln. manat və ya 11,8% artaraq 2332,2 mln. manata çatıb.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Qeyri-büdcə sektorundan sosial sığorta haqlarının toplanmasında da müsbət nəticə əldə edilib. Belə ki, qeyri-büdcə sektoru üzrə daxilolmalarda 152,4 mln. manat və ya 11,4% artım qeydə alınıb və bu istiqamət üzrə proqnozun icrası 106,1% (86 mln. manat və ya 6,1% çox) yerinə yetirilib.

Fərdi uçot sistemində şəxsi hesabların sayı isə 170 min artaraq 3 736 551-ə çatıb.

Son xəbərlər

Orphus sistemi