Ötən il Şirvanda 1422 nəfəri it dişləyib, onlardan 218-i uşaqdır

Ötən il Şirvanda 1422 nəfəri it dişləyib, onlardan 218-i uşaqdır Şirvan şəhərində ötən il 1422 nəfəri it dişləyib. Onlardan 218-i uşaqdır. Bu barədə “Report”un Aran bürosuna Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib. Bu ilin əvvəlindən də şəhərdə sahibsiz itlərin hücumuna məruz qalanların sayı artıb. Şir
Sosial müdafiə
21 Fevral , 2024 13:03
Ötən il Şirvanda 1422 nəfəri it dişləyib, onlardan 218-i uşaqdır

Şirvan şəhərində ötən il 1422 nəfəri it dişləyib. Onlardan 218-i uşaqdır.

Bu barədə “Report”un Aran bürosuna Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bu ilin əvvəlindən də şəhərdə sahibsiz itlərin hücumuna məruz qalanların sayı artıb. Şirvanda 2024-cü ilin yanvarında 44, fevralında isə 36 it dişləməsi faktı qeydə alınıb. İtlərin dişlədiyi 80 nəfərdən 27-i uşaqdır.

Sakinlərin sözlərinə görə, son illər şəhərdə sahibsiz küçə itlərinin sayı xeyli çoxalıb. Şəhərin küçə və parklarında, yaşayış binalarının qarşısında sürü halında gəzən itlər insanların həyatı üçün təhlükə mənbəyinə çevrilib. Hətta, günün günorta çağında insanlar sahibsiz itlərin hücumuna məruz qalırlar. Axşam saatlarında isə itlərin əlindən küçəyə çıxmaq mümkün olmur.

Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsindən "Report"un yerli bürosuna verilən məlumata görə, sahibsiz itlərə qarşı mübarizə aparmaq məqsədi ilə itlər tutularaq şəhərdən kənara çıxarılır. Sığınacaq yerinin yaradılması barədə də planlar var.

Son xəbərlər

Orphus sistemi